biz
kimik?
ULDUZTAXİ MMC yarandığı gündən əhaliyə yüksək keyfiyətli, tam etibarlı, təhlükəsiz və zəmanətli sərnişindaşıma xidmətinin göstərilməsini rəhbər tutub. Xidmətin təşkili zamanı ən yüksək dünya standartları hədəf kimi seçilmişdir.
Azərbaycanda taksi xidməti avtobus və metrodan sonra ən çox tələb olunan ictimai nəqliyyat növüdür. Sürətli sərnişindaşıma növlərindən olan taksilər müştəri tələbatına görə hava və dəniz nəqliyyatını geridə qoyur. Taksi xidmətlərindən istifadə edən sərnişinlərin sayı dinamik olaraq artır. Bu məqsədlə biz avtoparkımızın daimi olaraq genişlənməsi və yenilənməsi, əməkdaşlarımızın isə xüsusi hazırlıq və təkmilləşmə proqramları vasitəsilə xidmət səviyyəsinin artırılması istiqamətində müvafiq tədbirlər görürük.
Hazırda şirkətimizə məxsus 280 ədəd şəxsi, müqavilə ilə çalışan 8200 avtomobil mövcuddur. Avtomobillərimizin texniki nasazlığını aradan qaldırmaq, habele daxili və xarici görünüşlerine nezarət etmək üçün böyük taksopark və təmir stansiyamız var.
xidmətlərimiz:
taxİ
korporatİv taxİ
Kuryer xİdmətİ
avtodayə xİdmətİ
ayiq sürücü
transfer xİdmətİ
avtobus
bölgələrə səyahət
niyə
biz?
Xüsusi hazırlıq zamanı taksi sürücülərinə etik davranış qaydaları, o cümlədən sərnişinlərlə mədəni rəftar etmənin, ünsiyyətdə kobudluğun, taksi minik avtomobilində siqaret çəkilməsinin və qida qəbul edilməsinin yolverilməzliyin, eləcə də nəzakətli olmağın, unudulmuş əşyalar barədə aidiyyati qurumların məlumatlandırılmasının zəruriliyi, habelə peşəkarlıq və məsuliyyət, sərnişinlərlə ünsiyyətin psixologiyası və münaqişəli vəziyyətlərin aradan qaldırılması yolları haqqında məlumatlar verilir.
Şirkətimizin avtomobillərini idarə edən sürücülər mütəmadi olaraq tibbi müayinələrdən keçir. Şirkətimizə məxsus avtomobillər Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən reysqabağı yoxlamadan, təqvim ayı ərzində isə ən azı 2 dəfə şirkətdaxili texniki baxışdan keçir. Texniki baxış və servis tədbirləri şirkətimizin özünəməxsus təmir stansiyasında həyata keçirilir. Zəng mərkəzimizin istifadə etdiyi müasir proqram təminatı heç bir müraciətin cavabsız, hər bir sifarişin isə icrasız qalmasına şans vermir. Sifarişin qəbul edilməsi və sürücünün təyin olunmasi prosesi cəmi 3-5 saniyə ərzində baş verir. Sürücünün hərəkəti bütün marşrut boyu müşahidə olunur.
BEGOC, Beynəlxalq Bank, Xəzər TV, Lider TV, Lalafo və Tapaz kimi böyük müştəri axınına sahib olan saytlar, Hyatt Regency və bir çox böyük oteller bizim korporativ müştərilərimizin sırasındadır. Müştərilərimizə operativ və dəqiq xidməti təmin etmək üçün yüksək səviyyəli müasir taksi proqram təminatından istifadə edilir. Proqram təminatı bir çox ayrı-ayrı kompaniyaları eyni vaxtda yerinə yetirməyə imkan yaradır.






əlaqə
üçün:
- Ünvan:1/25 Ahmad Rajabli, Baku
- Email:corporate@ulduztaxi.azOpens in your application
- Facebook:fb.com/ulduztaxi5000
- Instagram:@ulduztaxi5000